• HADİSƏ

    17:21 12 yanvar 2020

“Azəriqaz”: Magistral qaz kəməri zədələnib, 4 rayonun qaz təminatında fasilə yaranacaq

Bu gün yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən "Qaz İxrac" İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyindən ONA-ya verilən məlumata görə, təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.

Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR