• HADİSƏ

    14:42 7 may 2019

“Azəristiliktəchizat” “Azəriqaz”a olan 1 milyon manatdan çox borcunu ödəyib

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin “Azəristiliktəchizat” ASC-yə qarşı öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxılıb.

ONA-nın xəbərinə görə, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh “Azəristiliktəchizat” ASC-dən 1.324.792,91 manat məbləğində debitor borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin hesablaşma hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Lakin prosesdə iddiaçının nümayəndəsi Fərid Həmidli məhkəməyə ərizə təqdim edərək, cavabdehin “Azəriqaz” İB-yə olan debitor borcu ödənildiyindən iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Məhkəmə verilən vəsatəti təmin edib və şikayət ərizəsi baxılmamış saxlanılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR