Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddiaçı “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Astara bələdiyyəsinə qarşı rabitə borcunun ödənilməsi dair iddia ərizəsi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Zaur Allahyarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Astara bələdiyyəsindən 283 manat rabitə xidməti üzrə tutularaq “Aztelekom” MMC-yə ödənilib.