Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.