Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 2019-cü il təvəllüdlü Hüseynli Nurlan Rəşad oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.
Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.