• HADİSƏ

    13:11 15 mart 2019

İnternet üzərindən narkotik satan “Baba”nın daha bir cinayətinin üstü açılıb

Nakotik vasitələrin onlayn satışı ilə məşğul olan “Baba” ləqəbli narkotacirin növbəti cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı Kürdəmir rayon sakini Namiq Cəbrayılov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, N.Cəbrayılov onlayn ödəmə terminalları vasitəsi ilə pul köçürərək narkotik vasitə olan metamfetamin alıb.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən narkotik vasitənin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, “Baba” kimi tanına şəxs tərəfindən təşkil edilib. Həmin şəxs müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək, əsasən, gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona pay-point vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra narkotik vasitələr, eləcə də psixotrop maddələri əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Baba”nın adı indiyədək bir çox cinayət hadisələrində hallanıb. Belə ki, indiyədək ifşa olunan narkokit tərkibli maddələr və psixotrop həblər satan bir neçə qrupun onunla əlaqəsi aşkar olunub. Onun Türkiyədə yaşadığı və internet üzərindən narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR