Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, hadisə Nizami rayonu Babək prospekti 94 ünvanında qeydə alınıb.
1986-ci il təvəllüdlü Nəsibov Kamran Cavad oğlunun idarə etdiyi “Lada Priora” və 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlunun idarəetməsində olan “Mercedes” markalı minik avtomobilləri toqquşması nəticəsində “Lada”nın sürücüsü, sərnişinləri - 1979-cu il təvəüllüdlü Anatolyeva Yuliya, 1996-cı il təvəllüdlü Filfilova Valentina Vitalyevna, “Mercedes”in sürücüsü, sərnişinləri - 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal 1 və 3 saylı Kliniki Tibbi Mərkəzə, o cümlədən özəl klinikaların birinə çatdırılıb.
İlkin məlumata görə, hadisəyə səbəb ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və sürət həddinin aşılması olub.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
Nurlan Əli