Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Mirzəyev Alim Adil oglu yolu keçmək istəyərkən minik maşını onu vuraraq xəsarət yetirib. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı A.Mirzəyevin çanağında əzik, döş qəfəsində travma aşkar olunub.
Qəzanın təfərrüatları araşdırılır.