• HADİSƏ

    04:39 7 mart 2019

Bakıda Türkiyə vətəndaşını maşın vurub - VİDEO

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

ONA-nın xəbərinə görə, hadisə Babək prospektində baş verib.

Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kırmaz Serkan Mehti yolu keçərkən onu "Nissan" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları avtomobilin sürücüsü İbrahimov Emin Əli oğlunu saxlayıblar. Avtotexniki ekspertiza təyin edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yaxınlıqdakı yeraltı piyada keçiddən istifadə etmək əvəzinə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR