Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəmnində bacanağı Müşviq Abbasovu bıçaqlayaraq, qətlə yetirib.