• HADİSƏ

    04:37 11 mart 2019

Badamdarda “BMW” evə çırpılıb

Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə Badamdar qəsəbəsi, 1-ci massivdə baş verib.

Belə ki, Abdullayev Elşən yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə idarəetməni itirərək, fərdi yaşayış evinin girişinə çırpılıb.

Sürücü müxtəlif dərəcəli sınıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Evinə zərər dəyən şəxsin sözlərinə görə, sürücü onların qonşuluğunda yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR