• HADİSƏ

    10:20 9 yanvar 2020

Badamdarda torpaq sürüşməsi olub 

Badamdarda sürüşmə olub.

ONA xəbər verir ki, sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

Ə. Qaralovun sözlərinə görə, eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.

Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR