Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən ONA-ya verilən məlumata görə, aprelin 1-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Əsədullayev Namik İbad oğlunun Bakı İstintaq Təcridxanasına qəbul olunarkən üzərinə və əşylarına baxış keçirilən zaman onun əynində olan pəncəyinin cibində bir ədəd bükülüdə 0,06 qram "Metadon" tərkibli narkotik maddə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.