• HADİSƏ

    21:23 19 noyabr 2019

Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilib

Bu gün saat 7 radələrində Bakı metropoliteninin “Koroğlu” stansiyasının platformasında “Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib.

Bu barədə APA-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, həmin vaxt stansiyanın həmin istiqamətdə olan bütün çıxış qapıları açıq olub: “Sərnişinlər həmin qapıları rahatlıqla tərk ediblər”.

B.Məmmədov əlavə edib ki, hər bir sərnişindən metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etmələri xahiş edilir: “Tələblər bundan ibarətdir ki, həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Bu baxımdan belə vəziyyətlərin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etməyi rica edirik”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR