Bakıda ictimai nəqliyyatda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. Ondan “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.