• HADİSƏ

    23:53 30 noyabr 2019

Bakı-Qazax avtomobil yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 70-ci kilometrliyində, Ələt qəsəbəsi ərazisindən keçən hissədə qeydə alınıb.

Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Əliyar Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Lənkəran sakini, 50 yaşlı Ağamalıyev Zaur Əlisa oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı BYDPİ tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR