• HADİSƏ

    08:46 20 aprel 2019

Bakı-Qazax yolunda ər və arvad qəzaya düşüb

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə səhərə yaxın çağlarda Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, idarəetməni itirən “Nissan” markalı minik maşını yolun kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə nəticəsində sürücü, 1953-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu İsmayılov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Mailə Həşim qızı İsmayılova müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı rayon xəstəxanasına yerləşdirilib. Onlarlın ayaq və döş qəfəs nayihələrindən xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR