• HADİSƏ

    20:35 10 aprel 2019

Bakı-Qazax yolunda maşın aşıb, ər-arvad xəsarət alıb - YENİLƏNİB

Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub.

ONA-nın yerli bürosunun məlumatına görə, bunlar Gəncə şəhər sakinləri, 1958-ci il təvəllüdlü Çıraqov Novruz Qafar oğlu və onun həyat yoldaşı - 1962-ci il təvəllüdlü Çıraqova Kəmalə İbrahim qızıdır.

Onların hər ikisi Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

***

Saat 18:07

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb. İdarəetməni itirən “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və maşında olan sürücünün həyat yoldaşı xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR