• HADİSƏ

    00:16 6 aprel 2019

Bakı-Qazax yolunda maşın piyadanı vurub

Kürdəmirdə piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2109” markalı minik maşını yolu keçən 1964-ci il təvəllüdlü Musayev Şirvan Heydər oğlunu vurub.

Zərər çekən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Məlumata görə, piyada hadisə baş verən vaxt içkili olub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR