Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - [color=red]FOTO [/color]- [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 23:46 17 Noyabr 2019

Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ölüb.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

***

21:59


Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan

Teqlər:

OXŞAR XƏBƏRLƏR