• HADİSƏ

    23:36 7 iyun 2020

Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Kia" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR