Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Maşında sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.