• HADİSƏ

    00:17 22 iyul 2019

Bakı-Quba yolunda iki avtomaşın toqquşub, 78 yaşlı kişi xəsarət alıb

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şabranın Şahnəzərli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1941-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Əhəd Saleh oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR