Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanışı ilə mübahisə edib.
Mübahisə onun tanışına olan borcu üstündə yaranıb. Nəticədə R.Məmmədov bıçaq xəsarəti alıb. O, bud və bel nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.