Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Gülbala Əliyev küçəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Məmmədov Səfa Səfalı oğlu dostu Ceyhun adlı şəxslə mübahisə edən zaman bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.