Paytaxtın Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, hadisəsi Maştağa qəsəbəsində qeydə alınıb.
Daş Karxanası adlanan ərazidə yaşayan 1984-cü il təvəllüdlü Babayev Pənah Tahir oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb. Aldığı ağır xəsarətlər nəticəsində o ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.