Bakının Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.
ONA-nın verdiyi xəbərə görə, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu şəxslə, 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edib və onu bıçaqlayıb.
Bundan sonra M. Nemətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaq zərbələri vurub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Araşdırma aparılır.
Nurlan Əli