Bakı sakini mənzilində ölü tapılıb.
ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Vladimir Vorobyovun meyitini aidiyyəti üzrə təhvil veriblər.