• HADİSƏ

    03:54 20 oktyabr 2019

Bakı sakini mübahisə zamanı qonşusunu boynundan bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, evlərdən birinin qarşısında qəsəbə sakini 1996-ci il təvəllüdlü Məmmədov Şahin Mahmud oğlu münaqişə zəminində bıçaqla qonşusu - 1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlunun boyun nahiyəsinə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Ş.Məmmədovu saxlayıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR