Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Babaqayıb oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.