Binəqədi rayonunda özünə qəsd hadisəsi olub.
ONA-nın xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində baş verib.
Binəqədi rayon sakini 1981-ci il təvəllüdlü Hüseynov İntizam Ramazan oğlu bıçaqla qarın nahiyəsinə zərbə vurub. Yaxınları onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Həkimlərin ONA-ya verdiyi məlumata görə, İ.Hüseynov cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hüquq mühafizə orqanları İ.Hüseynovun intihara cəhd etməsinin səbəblərini araşdırır.
Nurlan Əli