Bakının Suraxanı rayonunda iki qardaş arasında dava düşüb.
ONA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində baş verib.
Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Həşimov Elgün Füzuli oğlu qardaşı tərəfindən döyülüb. Davanın torpaq mübahisəsindən qaynaqlandığı bildirilir.
Baş nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılıb. Ona başın yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.