Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.
1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alaraq hadisə yerində keçinib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.