• HADİSƏ

    11:46 30 mart 2019

Bakı sakinindən 11 kq narkotik götürülüb

Bakı sakinindən 11 kq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb. Ondan çəkisi 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR