Bakının Nərimanov rayonunda mənzildən meyit tapılıb.
APA-nın məlumatına görə, Alı Mustafayev küçəsindəki mənzillərdən birində aşkar olunmuş meyit 1968-ci il təvəllüdlü paytaxt sakini Nərminə Abubəkirovaya məxsusdur.
Qadının həmin mənzildə kirayədə yaşadığı deyilir. Onun hansı şəraitdə ölməsi məlum deyil.
Nərimanov rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.