• HADİSƏ

    05:10 12 oktyabr 2020

Bakı-Şamaxı şosesində piyadanı avtomobil vurub

Bakı-Şamaxı avtomobil yolunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakının Qaradağ rayonu ərazisində baş verib.

1956-cı il təvəllüdlü Məmmədov Zəbirşah Əhməd oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobil zərbəsi ilə üzləşib. Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR