• HADİSƏ

    11:31 3 noyabr 2019

Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-1 - FOTO

Qobustandakı qəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşması nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacı Şahmar oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mikroavtobusun sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər.

***

saat 10.16

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

ONA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

saat 09.20

Bu gün Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılıb və aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR