• HADİSƏ

    16:14 17 yanvar 2020

Bakı Şəhər Baş Polis İdarəsi: Ötən il Bakıda 90 cinayətkar qrup ifşa edilib

Ötən il Bakıda ümumilikdə 11 min 176 cinayət qeydə alınıb ki, onların da 88,6 faizi az ağır, 11,4 faizi isə ağır və xüsusilə ağır növlər olub.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.

O qeyd edib ki, ötən 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, ağır və xüsusilə ağır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi, “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlandığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açıldığını bildirib.

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinayətkar qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov, narkotiklərlə bağlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR