Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.
ONA xəbər verir ki, BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. Xüsusi karantin rejimi çərçivəsində polis Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə xidmət aparır.
“Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydalarına əməl etsinlər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar”, - BŞBPİ-dən bildirilib.