Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
APA-nın xəbərinə görə, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.