• HADİSƏ

    16:40 7 yanvar 2020

Bakı şəhər DYP-nin rəisi təqaüdə göndərilib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR