Bakı-Sumqayıt şossesində "Gelandewagen" dəmir çəpərə çırpılıb, xəsarət alan var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 06:28 27 Dekabr 2019

Bakı-Sumqayıt şossesində "Gelandewagen" dəmir çəpərə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Abşeron rayonunda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Sumqayıt istiqamətində hərəkətdə olan 99-TK-253 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil 99-SJ-424 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Mercedes" də öz növbəsində dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində "Mercedes"də olan Samirə Ağayarova ağır bədən xəsarəti alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR