Bakı-Sumqayıt şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın məlumatına görə, taksi fəaliyyətilə məşğul olan “Nissan” markalı avtomobilin sürücüsü əvvəlcə eyni istiqamətdə hərəkət edən “Hunday” markalı maşının arxa hissəsinə çırpılıb.
Zərbənin gücündən idarəetməni itirən “Nissan”ın sürücüsü avtomobili saxlaya bilməyərək yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “KAMAZ” markalı yük maşınına çırpıb.
Nəticədə taksinin sürücüsü bədən xəsarəti alıb.