• HADİSƏ

    04:16 4 fevral 2021

Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yon-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub.

17 yaşlı piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR