Bakı-Sumqayıt yolunda avtomobil sərxoş piyadanı vuraraq öldürüb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:51 22 İyun 2019

Bakı-Sumqayıt yolunda avtomobil sərxoş piyadanı vuraraq öldürüb - FOTO - VİDEO

Bakı-Sumqayıt yolunda, Baş DYP İdarəsinin Ekoloji Nəzarət postunun yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA xəbər verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Fariz Zakir oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını 30-35 yaşlarında bir kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, ölən şəxs piyadalar üçün nəzərdə tutulmamış yerdə yolu keçmək istəyib. Onun həmin vaxt sərxoş olduğu deyilir.

Sürücü F.Məmmədov Abşeron polisi tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Teqlər: Bakı qəza piyada

OXŞAR XƏBƏRLƏR