• HADİSƏ

    23:05 16 aprel 2020

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib - FOTO - VİDEO

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Xırdalan rayonu ərazisində qeydə alınıb.

Paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olan "Daewoo" markalı minik maşını qarşısında hərəkət edən "Hyundai" markalı avtomobillə toqquşub və onu dəmir arakəsmələrə çırpıb. Daha sonra "Daewoo" markalı avtomobil aşıb. Sürücüsü isə avtomobildən düşərək hadisə yerindən yayınıb. Əraziyə cəlb olunmuş polis əməkdaşları onun sərxoş olduğunu və polisə müqavimət göstərdiyini bildiriblər.

Hazırda sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR