Bakı-Sumqayıt yolunda iki "Mercedes" toqquşub, xəsarət alan var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 05:10 27 Fevral 2020

Bakı-Sumqayıt yolunda iki "Mercedes" toqquşub, xəsarət alan var - FOTO

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Bakının Binəqədi rayonu ərazisndə qeydə alınıb.

Sürücü Azər Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxt istiqamətində hərəkətdə olan zaman Abbas Fərəcovun sükanı arxasında olduğu eyni markalı digər avtomobil arxadan ona çırpılıb. Nəticədə birincinin sərnişini xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR