• HADİSƏ

    04:39 14 iyun 2019

Bakı-Sumqayıt yolunda moped daş arakəsməyə çırpılıb: ölən və xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub.

***

Saat 23:59

Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda baş vermiş avtoqəzanın bəzi təfərrüatları məlum olub.

ONA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğlunun idarə etdiyi moped daş arakəsməyə çırpılıb.

Nəticədə onun sərnişini 1999-cu il təvəllüdlü Nuray Etibar qızı hadisə yerində dünyasını dəyişib.

***

Saat 23:24

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

ONA-nın məlumatına görə, Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınmış avtoqəza zamanı İlkin adlı sürücünün idarə etdiyi motosiklet qəza törədib.

Nəticədə həmin sürücü və başqa bir nəfər xəsarət alıb, bir gənc qız isə hadisə yerində dünyasını dəyişib.

Yol qəzasının təfərrüatları dəqiqləşdirilir.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR