• HADİSƏ

    11:25 27 aprel 2019

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında “Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.

İdarəetməni itirən avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR