Bakı-Sumqayıt yolunda "Toyota Prado"nun qəzaya uğraması tıxaca səbəb olub - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 23:39 15 Sentyabr 2019

Bakı-Sumqayıt yolunda "Toyota Prado"nun qəzaya uğraması tıxaca səbəb olub - FOTO

Bakı-Sumqayıt avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən "Toyota Prado" markalı minik maşını Bakının Binəqədi rayonu ərazisində, magistral yolun Biləcəri qəsəbəsinə dönən hissəsində idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə, həmçinin yol infrastrukturuna ciddi ziyan dəyib. Qəzadan sonra magistral yolda tıxac da yaranıb.

Əraziyə YPX müfəttişləri cəlb olunub və tıxacın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR